"Mənimlə heç kim oyun oynaya bilməz " - Tanınmış müğənni hamiləlidir...
    • 30-10-2023, 22:14
    • 2 683

"Mənimlə heç kim oyun oynaya bilməz " - Tanınmış müğənni hamiləlidir...

Müğənni Mətanət Əsədova ana olacaq. 

News24.az yenisabah.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Tarixin bir günü" verilişinin canlı yayımında açıqlama verib. 

Studiyadakıların "İndi yazacaqlar ki, Mətanətin nikahdankənar övladı olacaq" -, deyə sualından ifaçı hiddətlənib: 

"Mən illərdir sənətdəyəm. Heç kəs deyə bilməz ki, Mətanət mənim işimə qarışıb. Hamının sevincinə şərik olub, əl çalımışam. Kiminsə buna qarışmağa ixtiyarı yoxdur. O ixtiyarı heç kimə vermərəm. Heç kimin başı üçün deyil ki, mənim həyatıma burnunu soxsun! Mənimlə heç kim oyun oynaya bilməz. Heç kəs mənə bu sualı verə bilməz".