Əli İnsanov yeni partiya yaradır – Ən Yeni Azərbaycan Partiyası - ADLAR - EKSKLÜZİV
    • 29-03-2019, 15:13
    • 3 339

Əli İnsanov yeni partiya yaradır – Ən Yeni Azərbaycan Partiyası - ADLAR - EKSKLÜZİV

Yaxın zamanlarda Azərbaycanda yeni partiya yaranması elan olunacaq və onun başında sabiq səhiyyə naziri Əli İnsanov duracaq. 

Bu barədə News24.az-a etibarlı mənbədən məlumat verilib. Məlumata görə, partiya Ən Yeni Azərbaycan Partiyası adlanacaq. Bu Partiyada Əli İnsanova qoşulanlar arasında keçmiş millət vəkili Maksim Musayevin, Rizvan Cəbiyevin, keçmiş nazir Əli Nağıyevin, habelə Binəqədi rayonunun keçmiş icra başçısı, əslən Qərbi Azərbaycandan olan Elşad Musayev, jurnalist Əvəz Zeynallı və başqalarının olacağı gözlənilir.

Məlumatda o da bildirilib ki, partiyanın ilk qurultayının mayın 28-də keçirilməsi qərara alınıb.  

Elvin YUSİFOV