HƏMAS liderinin evi partlayıcılarla DAĞIDILDI
    • 31-10-2023, 11:04
    • 207

HƏMAS liderinin evi partlayıcılarla DAĞIDILDI

Qərbi İsrail qüvvələri HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Arurinin Arura şəhərindəki evini partlayıcıdan istifadə edərək dağıdıb. 

News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.

Gecə şəhərə basqın ediblər. İsrail əsgərləri Arurinin buradakı evini  partlayıcı yerləşdirərək  partladıblar. 

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun sədr müavini Salih əl-Aruri 2010-cu ildə Fələstin ərazisindən sürgün edilməzdən əvvəl 18 il İsrail həbsxanalarında olub.

Ülkər Abdurahmanlı