HƏMAS elan etdi:
    • 26-10-2023, 16:19
    • 161

HƏMAS elan etdi: "Bu, Hizbullahın döyüşüdür"

“Bizim döyüşümüz həm də “Hizbullah”ın döyüşüdür”.

News24.az xəbər verir ki, xəbər verir ki, bunu HƏMAS liderinin müavini Saleh əl-Aruri deyib.

O, HƏMAS rəhbərliyinin “Hizbullah”la daimi əlaqədə olduğunu bildirib. Arurinin sözlərinə görə, “Hizbullah” lideri Həsən Nəsrullahla oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu günü görüşüb.

HƏMAS rəsmisi quru qoşunlarını Qəzzaya yeritməyə hazırlaşan İsraili hədələyib:“Düşmən qurudan girərsə, bu (İsrail üçün) görünməmiş məğlubiyyət olacaq. İsraillə döyüşlər hələ başlamayıb”.

Onun iddiasına görə, İsrailin Qəzzaya endirdiyi zərbələrə baxmayaraq, HƏMAS döyüşçüləri yaxşı vəziyyətdədir.

Əl-Aruri “Hizbullah” lideri ilə son dəfə dünən bir araya gəlib, Beyrutda (Livan) baş tutan görüşə “İslami Cihad” Hərəkatının rəhbəri də qatılıb.

Ayşən