10 yaşlı qizcığaz babasının gözü önündə qaçırıldı
    • 30-06-2018, 13:04
    • 1 177

10 yaşlı qizcığaz babasının gözü önündə qaçırıldı

Qubada azyaşlı babasının gözü qarşısında qaçırılıb.

Quba şəhəri, Ə.Nərimanov 134 ünvanında yaşayan 1941-ci il təvəllüdlü Rafiq Hilal oğlu Məmmədov axşam saat 21 radələrində 10 yaşlı nəvəsi Leylaxanım Azad qızı Məmmədzadə ilə küçədə gəzişərkən qara rəngli avtomobil onu vuraraq xəsarət yetirib. Avtomobildəki şəxslər daha sonra L.Məmmədzadəni zorla maşına əyləşdirərək qaçırıblar.

Ailənin yaxın qohumu Bəhram Məmmədovun sözlərinə görə, bundan əvvəl də L.Məmmədzadənin qardaşı bu formada qaçırılıb. Sonradan polis onu taparaq ailəsinə qaytarıb.

Bu xoşagəlməz hadisələrin baş verməsinə səbəb uşaqların boşanmış valideynlərinin hələ də bir-biri ilə anlaşmamasıdır.

Hadisə zamanı R. Məmmədov sınıq xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı polisə məlumat verilib.

//Report.az