İsrailə məxsus zirehli texnika VURULDU
    • 31-10-2023, 11:53
    • 155

İsrailə məxsus zirehli texnika VURULDU

HƏMAS Qəzza ilə sərhəddə İsrailə məxsus zirehli personal daşıyıcısının məhv edildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağı ilə sərhəddə Kibbutz Erez yaxınlığında İsrailin zirehli transportyorunu məhv etdiyini iddia edib. Bu barədə qrupun Telegram kanalında dərc olunmuş bəyanatda deyilib.

Ülkər Abdurahmanlı