-
- 31-10-2023, 18:32
- 188
SEPAH generalı Livana niyə gəldi? "Xameneyinin mesajlarını çatdırmağı.."
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” briqadasının komandiri, general İsmayıl Qəni İsraillə mümkün geniş toqquşmanı koordinasiya etmək üçün Livandadır.
News24.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
İranlı general Beyruta HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan bir gün sonra gəlib, o vaxtdan bəri oktyabrın 16-20-də Tehrana səfəri istisna olmaqla, Livanın paytaxtındadır.
“Qəni İran terrorunu Yaxın Şərqə ixrac etmək üçün “Qüds” briqadasından istifadə edən Qasım Süleymaninin varisidir. Süleymani 2020-ci ilin yanvarında ABŞ-ın Bağdad hava limanına endirdiyi zərbə nəticəsində ölüb”, - nəşr yazır.
Son on gün ərzində Qəninin HƏMAS liderləri, eləcə də “Hizbullah” rəhbərliyi ilə görüşdüyü və onlara İran dini lideri Əli Xameneyinin mesajlarını çatdırdığı bildirilir.
İranın Livan, Suriya, İraq və Yəməndəki proksi qruplaşmaları İsrail və bölgədə yerləşən ABŞ hərbçilərinə qarşı hücumlar təşkil etməkdə ittiham olunur.
Təhlükəsizlik mənbələri bildirir ki, “Qüds” qüvvələri İranın Yaxın Şərqdəki müttəfiqlərini birgə qərargahda koordinasiya edərkən, “Hizbullah” lideri Həsən Nəsrullah Livandan İsrailə qarşı hücumlar üzərində qərar vermək səlahiyyətinə malikdir.
Ayşən