Süleymanini o əvəz edəcək – FOTO
    • 3-01-2020, 16:49
    • 891

Süleymanini o əvəz edəcək – FOTO

İranın ali dini lideri və İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı Əli Xameneyi briqada generalı İsmayıl Kaanini İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı təyin edib.

News24.az xəbər verir ki, ali dini liderin sərəncamında deyilir: “Qüds” qüvvələrinin komandanlığını müqəddəs müdafiə zamanı (İran-İraq müharibəsi) İslam İnqilabı Keşikçiləri Korpusunun görkəmli komandanlarından olan briqada generalı İsmayıl Kaaniyə ötürürəm”.

Qeyd edək ki, ABŞ-ın Bağdadda İranla əlaqəli iki hədəfə hücumu zamanı “Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı Qasım Süleymani həlak olub.