-
- 31-10-2023, 20:30
- 250
Çörəklə bərabər digər un məmulatları da ucuzlaşacaq? - ŞƏRH
Bir neçə gündür ölkədə çörəyin qiymətində ucuzlaşma müşahidə edilir. Belə ki, bir çox pərakəndə satış məntəqələrində "zavod çörəyi" 60 yox, 55 qəpiyə satılır.
News24.az xəbər verir ki, ekpsertlər bunun səbəbini ölkədə unun qiymətinin ucuzlaşması ilə bağlayırlar. Bir müddət öncə 50 kiloqramlıq un kisəsinin qiyməti 40 manat idisə, hazırda bu qiymət 26-27 manat arasında dəyişir.
Bəs unun qiymətinin ucuzlaşması undan hazırlanan digər ərzaq məhsullarının qiymətinə də təsir edəcəkmi?
Valyuta.az-ın sualını cavablandıran İqtisadi Sosial Araşdırmala Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli bildirib ki, un strateji məhsuldur. Ona görə də unun qiymətində müəyyən ucuzlaşma həm çörəyin, həm də digər un məmulatlarının qiymətinin aşağı düşməsinə səbəb olur:
"Doğrudur, burda böyük ucuzlaşma yox, cuzi ucuzlaşma olur. Lakin azad rəqabətin olduğu iqtisadiyyatda qiymətlərin bu cür formalaşması müsbət haldır. Burda qiymətlər tələb və təkilf halında formalaşır. Ona görə də qiymətlərdə bu cür ucuzlaşmalar digər sektorlara da öz müsbət təsirini göstərir”.