Kritik qərar: bu ölkə də müharibəyə qoşulur
    • 1-11-2023, 10:27
    • 157

Kritik qərar: bu ölkə də müharibəyə qoşulur

ABŞ komandoları HƏMAS tərəfindən Qəzzada saxlanılan girovların tapılmasına kömək etmək üçün İsraildədir.

News24.az  xəbər verir ki, bu barədə ABŞ-ın “New-York Times” qəzeti məlumat yayıb.

ABŞ müdafiə nazirinin köməkçisi Kristofer Mayer də ölkəsinin İsrailə bir sıra işlərdə fəal kömək etdiyini deyib.

Onun sözlərinə görə, əsas vəzifə girovların, o cümlədən amerikalı girovların müəyyən edilməsi işinə kömək etməkdir: “Bunu etmək borcumuzdur”.

“Artıq İsraildə təlim keçmək üçün yerləşən komandadan əlavə, ABŞ xüsusi əməliyyat qüvvələri də göndərilib. ABŞ əsgərləri girovların tapılmasına kömək etməklə yanaşı, təxliyə və lazım gələrsə, bölgədəki səfirliklərin təhlükəsizliyini təmin etmək üçün də istifadə olunacaq”, - deyə nəşr bildirib.

Məqalədə bir neçə Qərb ölkəsi girovların potensial xilas edilməsinə kömək etmək və ya döyüşlərin genişlənməsi ehtimalı ilə əlaqədar gizli şəkildə İsrail yaxınlığında yerləşdirilməsi deyilib.

Ayşən