Binalara istilik vaxtından TEZ VERİLƏCƏK
    • 4-11-2019, 12:46
    • 913

Binalara istilik vaxtından TEZ VERİLƏCƏK

Bakı şəhərində istiliyin veriməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb.
Bu sözləri Azəristiliktəchizat ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O, qazanxanaların tam hazr vəziyyətə gətirildiyini və istənilən vaxt istiliyin verilməsinin mümkün ola biləcəyini bildirib.

R.Əliyev havaların soyuması ilə əlaqədar olaraq istiliyin vaxtından tez verilib-verilməməsinə də münasibət bildirib: “İstilik təchiaztı müqavilələrlə tənzimlənir. Hansısa təşkilat müraciət edib ödənişə zəmanət verdiyi halda ayrıca qazanxanası varsa, məsələyə baxıla bilər. Dağlıq rayonlarda artıq noyabrın 1-dən etibarən istilik mövsümünə start verilib. Amma ümumilikdə Bakı şəhərində və digər ərazilərdə noyabrın 15-dən etibarən istiliyin verilməsi nəzərdə tutulub. Düzdür, ötən il xəstəxanalar, internat məktəbləri, doğum evlərinin müraciəti əsasında həmin müəssisələrə istilik vaxtından tez verilmişdi. Yəni kəskin soyuma baş verdiyi halda istiliyin vaxtından əvvəl verilməsi mümkün ola bilər”.

R.Əliyev Xırdalanda bəzi yerlərdə istiliyin verilməsinə də aydınlıq gətirib: “Xırdalanda istilik verilən ərazilər mərkəzi istilik sistemlərinə bağlı deyil. Mənzil-tikinti korporativlərinin fərdi qazanxanaları hesabına sözügedən ərazidə istiliyin verilməsi təmin olunub”. /axar.az/