İsrail və HƏMAS arasında RAZILIQ
    • 1-11-2023, 11:41
    • 158

İsrail və HƏMAS arasında RAZILIQ

Qətər Misir, İsrail və HƏMAS arasında ABŞ-la koordinasiyalı olaraq xarici pasport sahiblərinə və bəzi ağır yaralılara mühasirədə olan Qəzzanı Rəfah sərhəd-keçid məntəqəsi vasitəsilə tərk etməyə imkan verəcək razılaşmaya vasitəçilik edib.

News24.az  xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, Rəfah keçid məntəqəsinin təxliyəyə açılması üçün qrafik yoxdur. Razılaşma digər məsələlərlə, o cümlədən girovların azad edilməsi və ya humanitar pauza ilə bağlı deyil.

HƏMAS vasitəçilərə bildirib ki, İsrailə hücum zamanı ələ keçirdiyi təxminən 200 əcnəbi girovdan bəzilərini tezliklə azad edəcək.

Bunu “Əl-Qəssam Briqadaları”nın silahlı qanadının nümayəndəsi Əbu Ubaidə məhbusların sayını və milliyyətini göstərmədən bildirib.

Ayşən