İsrail ordusunun sözçüsündən dəhşətli ETİRAF
    • 1-11-2023, 13:03
    • 288

İsrail ordusunun sözçüsündən dəhşətli ETİRAF

Qəzzaya qarşı hava və quru əməliyyatlarını genişləndirən İsrail Ordusu ötən gün iki qaçqın düşərgəsinə hava hücumu təşkil edib

News24.az xəbər verir ki, İsrail sözçüsü Daniel Hagari Qəzzada ən böyük qaçqın düşərgəsi olan Cibaliyə hücumunda mülki şəxslərin qəsdən hədəf alındığını rəsmən etiraf edib.

İsrail ordusunun sözçüsü hücumu həyata keçirdiklərini və məqsədlərinin Həmas komandiri İbrahim Biarini öldürmək olduğunu bildirib. Cibaliyə mərkəzi batalyonunun komandiri olan və Qəzzanın şimalındakı bütün qarşıdurmalara nəzarət edən Biarinin hücumda öldüyünə əmin olduqlarını ifadə edən Hagari məqsədlərinə çatdıqlarını iddia edib. 

Aynurə