Qəzzanın yaşayış məntəqələrinə hücum DAYANDIRILDI
    • 30-10-2023, 15:44
    • 125

Qəzzanın yaşayış məntəqələrinə hücum DAYANDIRILDI

Qəzza zolağına daxil olaraq şimal və cənub bölgələrini birləşdirən əsas yolu bağlayan bir neçə İsrail tankı ərazini tərk edib.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, İsrail yaşayış məntəqələrində hücum əməliyyatlarını dayandırıb.

"Qəzza zolağının yaşayış məntəqələrində heç bir hücum yoxdur. İsrail tankları iki mülki avtomobilə hücum edib və Fələstin silahlı dəstələri onları geri çəkilməyə məcbur edib".

Qeyd edək ki, oktyabrın 30-da İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Hagari sektorda quru hərbi əməliyyatlarının “genişlənmiş miqyasını” açıqlayıb.

Ülkər Abdurahmanlı