Qəzzada müharibə çətin və uzun olacaq - Netanyahu
    • 1-11-2023, 13:23
    • 183

Qəzzada müharibə çətin və uzun olacaq - Netanyahu

İsrail Qəzza zolağında çətin və uzunmüddətli müharibə aparır və qələbəyə qədər mübarizəni davam etdirəcək.

News24.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

Netanyahu “X” sosial şəbəkə səhifəsində yazıb: “Bizi çətin müharibə gözləyir. Bu, uzun müharibə olacaq. Bizim mühüm nailiyyətlərimiz var, lakin ağrılı itkilər də var. Tapşırığı yerinə yetirənə qədər davam edəcəyik, qələbəyə qədər davam edəcəyik”.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, oktyabrın 7-də Qəzza zolağında hərbi əməliyyatlar başlayandan bəri döyüşlərdə 326 İsrail əsgəri həlak olub.

Akqabay