“Bu müharibə uzun və baha başa gələcək” – SENSASİON AÇIQLAMA
    • 17-10-2023, 11:45
    • 142

“Bu müharibə uzun və baha başa gələcək” – SENSASİON AÇIQLAMA

İsrailin müdafiə naziri Gallant ABŞ dövlət katibi Blinkenlə keçirdiyi mətbuat konfransında "Bu müharibə uzun və baha başa gələcək, amma biz qalib gələcəyik"- deyə, qeyd edib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

“ABŞ-ın yaxşı müttəfiq olduğunu və bu gün İsrail və bütün dünyanın bunu öz gözləri ilə gördüyünü ifadə edən Gallant, Blinkenin və Vaşinqtondan digər yüksək səviyyəli şəxslərin də İsrailə səfər etdiyini vurğulayıb.

İsrail müdafiə nazirinin paylaşdığı açıqlamalarda və görüntülərdə Blinkenin açıqlamaları yer almayıb.

Oktyabrın 7-də blokada altında olan Qəzza zolağında fələstinli qruplarla İsrail arasında başlayan son toqquşmalardan sonra 12 oktyabrda İsrailə gələn Blinken İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Misirlə birlikdə  ölkəni gəzib.

Qeyd edək ki, Blinken baş nazir Benyamin Netanyahu ilə Tel-Əvivdə keçirilən İsrail döyüş kabinetinin iclasında iştirak edib.

Ülkər ABDURAHMANLI