Bakıda əcnəbi vətəndaşın 15500 manatlıq zinət əşyası oğurlandı
    • 30-03-2019, 11:26
    • 959

Bakıda əcnəbi vətəndaşın 15500 manatlıq zinət əşyası oğurlandı

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş M.Ə.Rəsulzadə küçəsində kirayədə yaşadığı mənzildən 2500 manat, 500 avro və 12000 manat dəyərində qızıl-zinət əşyaları, habelə içərisində sənədlər və 400 avro olan kiçik həcmli seyfin oğurlandığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmış, bu cinayət əməlini törədən şəxslər qısa müddətdə polis əməkdaşları tərəfindən müəyyən edilib. 

Baş Cinayət Axtarışı İdarəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Quba rayon sakinləri, əvvəllər məhkum olunmuş C.Abdullayev və L.Şıxəliyeva saxlanılıb. 

Hazırda faktla bağlı araşdırma aparılır.