Mahir Emrəlinin evindən oğurluq edən şəxslər TUTULDU - FOTO
    • 18-09-2019, 10:49
    • 1 496

Mahir Emrəlinin evindən oğurluq edən şəxslər TUTULDU - FOTO

Sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət daxil olub.  

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş və bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib.    

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Kriminalistik Tədqiqatlar İdarəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qazax rayon sakinləri, əvvəllər də oğurluğa görə məhkum olunmuş N.Vəliyev və bir yeniyetmə saxlanılıblar.

Araşdırma aparılır.