Bakıda əcnəbi vətəndaş soyuldu
    • 4-04-2019, 10:27
    • 961

Bakıda əcnəbi vətəndaş soyuldu

Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş Ş.Ələkbərova küçəsində kirayədə yaşadığı mənzildən 15.700 manat pulunun oğurlandığını bildirib. 

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılmışdır. “İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini K.Ağayev qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.