Şahramanyan və Babayan dindirilib? -
    • 1-11-2023, 16:25
    • 164

Şahramanyan və Babayan dindirilib? - "Cinayət işləri var...”

Qarabağdakı keçmiş qondarma qurumun keçmiş “prezidenti” Samvel Şahramanyanın və əli azərbaycanlıların qanına batmış Samvel Babayanın dindirildiyi ilə bağlı məlumat yayılıb.

News24.az xəbər verir ki, Ermənistan mətbuatı bir müddət əvvəl separatçıların  istintaq komitəsində dindiriliyini yazıb.

“Hraparak” nəşri yazır ki, Erməmistan istintaq komitəsinin sədri Arqişti Kərəmyan separatçı dəstənin keçmiş “rəhbərlərindən” olan Samvel Babayanın və Samvel Şahramanyanın dindirilməsi barədə yayılan xəbərlərə münasibət bildirib.

“Mən bu suala cavab verməyəcəyəm, çünki araşdırması dərc olunmayan cinayət işləri var”, - Kərəmyan qeyd edib.

Xatırladaq ki, Ermənistanın “Joğovurd” qəzeti bir müddət öncə Samvel Babayanın dindiriləcəyini yazmışdı. Məlumata görə, Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan komissiya üzvlərinə Samvel Babayanı parlamentin istintaq komissiyasına çağırmağı təklif edib. Qəzetin yazdığına görə, Samvel Babayanın istintaq komissiyasına çağırılmasına səbəb Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı Movses Akopyanın açıqlamasıdır. Belə ki, M. Akopyanon 44 günlük müharibə zamanı Samvel Babayan və Anna Akopyanın saat 12:00-da görüşdüyünü açıqlamışdı. Bildirilir ki, Nikol Paşinyanın arvadı komanda məntəqəsinə gedib və orada onlara nəsə deyib. Daha sonra isə hadisə baş verib.

Akqabay