-
- 1-11-2023, 16:36
- 215
Matç zamanı ciddi xəsarət alan Neymar futbolla vidalaşır? - AÇIQLAMA
FIFA Dünya Çempionatının Cənubi Amerika seçmə mərhələsində Braziliyanın Uruqvaya səfərdə 2:0 hesabı ilə məğlub olduğu oyunda zədələnən və meydanı göz yaşları içində tərk edən Neymar sabah komanda həkimi Rodriqo Lasmar tərəfindən əməliyyat olunacaq.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Sol dizinin ön çarpaz bağında yırtıq diaqnozu qoyulan 31 yaşlı futbolçunun 10 ay meydanlardan uzaq qalacağı bildirilib.
Ülkər Abdurahmanlı