Rusiya Ukrayna müharibəsində hansı taktikadan istifadə edir?- AÇIQLAMA
    • 1-11-2023, 17:58
    • 139

Rusiya Ukrayna müharibəsində hansı taktikadan istifadə edir?- AÇIQLAMA

Ruslar işğal etdikləri torpaqlarda müdafiə mövqeyindədirlər.

News24.az xəbər verir ki, bu barədə "Ntv haber" məlumat yayıb.

Onlar uzun cəbhə xəttini möhkəmləndirərək gözləməyə üstünlük verdilər. 

Hazırda Ukrayna ordusu bu müdafiə xətlərini yarmaqda çətinlik çəkir və hava qüvvələrinin olmaması səbəbindən arxadakı xətlərə hücum edə bilmir. Rusların əsgər qıtlığı olsa da, görünür, hələlik bu müdafiə xətləri sayəsində ukraynalıları dayandıra biliblər.

Ruslar çoxlu sayda tank əleyhinə minalardan da istifadə ediblər. Qərbdən gətirilən mina təmizləmə maşınları çox vaxt partlayışdan sonra yararsız hala düşür. Ruslar bundan xəbərdar olduqları üçün partlayışı gücləndirmək üçün üst-üstə iki mina qoyurlar.

Bu üsulla onlar Ukraynanın bi çox canlı qüvvəsini məhv ediblər.

Ülkər Abdurahmanlı