Vəziyyət dəyişir: UKRAYNA ORDUSU İRƏLİLƏYİR
    • 6-09-2023, 10:51
    • 147

Vəziyyət dəyişir: UKRAYNA ORDUSU İRƏLİLƏYİR

“Hərbçilərimiz Robotin-Novoprokopivka istiqamətində müvəffəqiyyət qazanıb, çatdıqları xətlərdə möhkəmləniblər, müəyyən edilmiş düşmən hədəflərinə artilleriyadan atəş zərbələri endirirlər, batareyaya qarşı əks tədbirlər həyata keçirirlər”.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Pavlo Kovalçuk məlumat verib.

Məlumata görə, Ukrayna hərbçiləri Zaporoje vilayətində Robotin-Novoprokopivka istiqamətində müəyyən uğurlar əldə edə biliblər. Ukrayna Müdafiə Qüvvələri Baxmut və Melitopol istiqamətlərində hücum əməliyyatını davam etdirir.

Kovalçukun sözlərinə görə, Ukrayna ordusu Baxmut istiqamətində şəhərin cənubunda hücum əməliyyatlarını davam etdirir. Ruslar burada şəxsi heyət, silah və texnika baxımından xeyli itki veriblər.

Eyni zamanda, Ukrayna müdafiə qüvvələri Rusiya qoşunlarının Avdiv və Marin istiqamətində irəliləyişini dayandırmaqda davam edir. Rus ordusu Marində uğursuz hücum əməliyyatları keçirib.

Rusiya qüvvələrinin Liman və Baxmut istiqamətlərində Novoyeqorivka və Klişçivkada irəliləmək cəhdləri nəticəsiz olub.

“Cəbhədə döyüşlər davam edir”, - Kovalçuk vurğulayıb.

Ayşən