Netanyahunun sayılı günləri qalıb - ŞOK İDDİA
    • 2-11-2023, 12:30
    • 158

Netanyahunun sayılı günləri qalıb - ŞOK İDDİA

ABŞ prezidenti Co Bayden və köməkçiləri İsrailin  baş naziri Benyamin Netanyahunun tezliklə istefaya getməyə məcbur ola biləcəyinə inanırlar.

News24.az xəbər verir ki, bu barədə  “Politico”  Bayden administrasiyasının hazırkı və keçmiş yüksək vəzifəli məmurlarına istinadən yazıb.

Onların sözlərinə görə, Ağ Ev əmindir ki, Netanyahunun hökumət başçısı kimi sayılı günləri qalıb.

Əlavə edilib ki, Baydenin Təl-Əvivə səfəri dəstək xarakteri daşıyırdı, lakin özəl olaraq o, İsrailin baş nazirini ehtiyatlı davranmağa çağırıb. Xüsusilə, ABŞ prezidenti Netanyahuya mümkün varislə bölüşə biləcəyi dərslər barədə artıq düşünməyi tövsiyə edib. Bu, yəqin ki, onun İsraildəki müharibə bitənə qədər postunu tutmayacağına inamından xəbər verir.

Qeyd olunur ki, Ağ Evin mövqeyi Netanyahunun oktyabrın 7-də HƏMAS-ın hücumuna görə vətəndaşların qəzəbindən zəiflədiyi fərziyyəsinə əsaslanır.

Eyni zamanda administrasiya nümayəndəsi qeyd edir ki, İsrailin baş naziri üçün “siyasi nekroloq” vaxtından əvvəl yazılıb. Milli Təhlükəsizlik Şurasının sözçüsü deyir ki, Netanyahunun karyerasının gələcəyi “prezident tərəfindən müzakirə edilməyib və müzakirə edilmir”.

Akqabay