NƏHAYƏT!!! Nəcməddin Sadıkov barədə İSTİNTAQ ARAŞDIRMASI BAŞLADI
    • 2-11-2023, 13:22
    • 1 006

NƏHAYƏT!!! Nəcməddin Sadıkov barədə İSTİNTAQ ARAŞDIRMASI BAŞLADI

Azərbaycan Ordusunun sabiq Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə araşdırmalar başlanıb.

News24.az-ın məlumatına görə, N. Sadıkovun adı  Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə prosesində hallanandan sonra proses nəzarətə götürülüb. 

 Hazırda sabiq Baş Qərargah rəisi barədə istintaq araşdırmalarının başlandığı deyilir. 

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

Samir Əli