-
- 2-11-2023, 14:28
- 193
Putin vacib qanunu İMZALADI - Xitam verilə bilər
Rusiya prezidenti Vladimir Putin ölkədə hərbi vəziyyətin və fövqəladə halların tətbiqi və ya xitam verilməsi barədə Rusiyanın Avropa Şurasının baş katibini məlumatlandırmaq öhdəliyi ilə bağlı normanı ləğv edən qanunu imzalayıb.
Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.
News24.az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Qanunun qəbulu zərurəti Rusiyanın Avropa Şurasındakı üzvlüyünə xitam verilməsi ilə diktə edilib. Qanun rəsmi dərc edildiyi gündən qüvvəyə minir.
Ülkər Abdurahmanlı