Azərbaycanda siqaret niyə BAHALAŞDI?
    • 2-11-2023, 14:44
    • 670

Azərbaycanda siqaret niyə BAHALAŞDI?

Bir neçə gündür ki, mağazalarda siqaret qıtlığı yaşandığı iddia edilir. Siqaret qıtlığının yaşanmasına isə firmaların məhsul verməməsi səbəb olub. Firmalar isə öz növbəsində bildirib ki, siqaretin qiymətləri dəyişəcəyindən müvəqqəti problem yaşanır. Bəs, siqaretin qiymətinin bahalaşması proqnozlaşdırılırmı? Bahalaşmaya hansı amillər səbəb olub?

Mövzu ilə bağlı News24.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, siqaret və alkoqollu içkilərdə bahalaşma vergi və aksiz dərəcələri ilə bağlıdır: 

" Vergi və aksiz dərəcələri zaman-zaman artırılır və nəticədə siqaretin və alkoqollu içkilərin də qiyməti artır. Dünyanın hər yerində eyni zamanda Azərbaycanda çox rahat qiymət artımına gedilən sahədir. Siqaretin qiymətinin qalxması onun istifadəçilərinin sayını azaldır. Bahalaşmanı sağlam həyat uğrunda mübarizə kimi də təqdim edirlər".  

Xatırladaq ki, sonuncu dəfə avqust ayında markasından asılı olmayaraq bütün siqaretlər 10 qəpik, bəzi siqaretlər isə 20 qəpik bahalaşıb.

Qumral Əliyeva