-
- 2-11-2023, 14:54
- 237
Tanınmış iş adamı azadlıqdan məhrum edildi - SƏBƏB
Moskvada bir iş adamı dövlətə xəyanət və qaçaqmalçılıq yolu ilə silah keçirməyə cəhd ittihamı ilə 13 il həbs cəzası alıb.
News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Moskva Şəhər Məhkəməsi Moskva vilayətindən olan iş adamı Axatjon Zoxidovu dövlətə xəyanətdə və silah qaçaqmalçılığına cəhddə təqsirli bilərək, 13 il həbs cəzası verib.
“Moskva Şəhər Məhkəməsinin hökmü ilə Axatjon Zoxidov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (dövlətə xəyanət) və 30-cu maddəsinin 3-cü hissəsi, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 226.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib.
Ülkər Abdurahmanlı