-
- 31-07-2023, 13:14
- 443
Rusiyada bu ölkəyə casusluq edənlər SAXLANILDI
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Voronej vilayətində “dövlətə xəyanət” də şübhəli bilinən üç nəfəri saxlayıb
News24.az xəbər verir ki, saxlanılanlar Rusiya hərbi obyektləri ilə bağlı məlumatları Rusiyada fəaliyyəti qadağan edilmiş Ukrayna millətçi “Sağ sektor” təşkilatına ötürməkdə günahlandırılıblar.
“Voronej vilayətində yaşayan üç Rusiya vətəndaşının Rusiyanın təhlükəsizliyinə qarşı Ukrayna millətçi “Sağ sektor” təşkilatının nümayəndələrinə yardım edərək vətənə xəyanətdə iştirak edən qeyri-qanuni fəaliyyətinin qarşısı alınıb”, - FSB-nin bəyanatında deyilir.
“Saxlanılan vətəndaşların Rusiyanın hərbi obyektləri və nəqliyyat infrastrukturu ilə bağlı məlumatları millətçi təşkilata ötürdükləri müəyyən edilib”, - deyə məlumatda bildirilir.
Saxlanılan şəxslərə qarşı Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə 12 ildən 20 ilədək həbs və ya ömürlük həbs cəzası nəzərdə tutulan cinayət işi qaldırılıb.
Aydan