Zaxarovadan İrəvanın növbəti anti-Rusiya addımına SƏRT REAKSİYA
    • 2-11-2023, 14:59
    • 173

Zaxarovadan İrəvanın növbəti anti-Rusiya addımına SƏRT REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermakın Maltada baş tutan görüşünü “nümayişkaranə anti-Rusiya addımı” adlandırıb.

News24.az xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

“Əgər siz Maltada qondarma Kopenhagen formatında görüşdən danışırsınızsa, biz bunu rəsmi İrəvanın nümayişkaranə anti-Rusiya addımı kimi qiymətləndiririk”, - Zaxarova bildirib.

O xatırladıb ki, bundan əvvəl Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevə gedib. Ermənistan parlamentinin sədri Alen Simonyan Dublində Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla əlaqə saxlayıb. Ermənistanın baş naziri Nikol Paşinyan özü Qranadada Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıb.

“Məncə, İrəvanda onlar ölkəmizə aqressiv şəkildə qarşı çıxanlarla nümayişkaranə flört etdiklərini bilməlidirlər. Burada başqa tərif yoxdur. Təəssüflə qeyd etmək lazımdır ki, respublikanın indiki rəhbərliyi məqsədyönlü və israrla müttəfiqlik münasibətlərimizi pozur. Bir müddət əvvəl bunu Ermənistanın sabitliyi və rifahının ən mühüm amili adlandırırdı”, - Zaxarova bildirib.

Akqabay