Paşinyan Annanı da Brüsselə apardı
    • 15-07-2023, 12:24
    • 486

Paşinyan Annanı da Brüsselə apardı

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da Ermənistan nümayəndə heyətinin tərkibində Brüsselə gedib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.

Nümayəndə heyətinə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da daxildir.

Bu gün Brüsseldə Şura sədri Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Akqabay