-
- 6-09-2023, 18:30
- 337
Nikol bu addımı ilə Moskvaya mesaj göndərir - Rusiyalı politoloq
“Ermənistanın ABŞ-la təlimlər keçirmək planları və ölkənin KTMT-dəki keçmiş daimi nümayəndəsini Niderlanda səfir təyin etməsi nümayişkaranə addımlardır”.
News24.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidenti yanında Xarici Əlaqələr Şurasının üzvü, politoloq Boqdan Bezpalko “RİA Novosti-yə bildirib.
O qeyd edib ki, İrəvan bu addımla Rusiyaya Qərbə yönəldiyini göstərmək istəyir.
“Nikol Paşinyan Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün açıq-aşkar qəbuledilməz olan bir sıra nümayişkaranə addımlar atır. Bu addımlar Ermənistanın Rusiya vektorundan Qərb istiqamətinə yönləndirilməsini simvolizə edir. Bu, Ermənistan rəhbərliyinin açıq-aydın nümayişidir. O, Rusiya ilə münasibətləri kəsmək istəyir”, - ekspert bildirib.
Ermənistanın KTMT-dən çıxması riski var. Ekspert qeyd edir ki, Ermənistan rəsmi olaraq qurumdan çıxmadığı halda, bütün bu addımlar şantaj elementidir.
Akqabay