Məşhur şirkət CƏRİMƏLƏNDİ
    • 2-11-2023, 16:23
    • 403

Məşhur şirkət CƏRİMƏLƏNDİ

"Bakı Tekstil Qrup" MMC-yə cərimə protokolu yazılıb.

News24.az E-huquq.az-a istinadla xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Protokol Xəzər Rayon Məhkəməsində hakim Ramilə Xəzrinin sədrliyi ilə araşdırılacaq.

Protokol təsdiq olunarsa, “Bakı Tekstil Qrup” inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.