-
- 3-11-2023, 11:15
- 271
Fəlakətin ASTANASINDAYIQ: 2030-cu ilə qədər...
Ümumdünya Meteorologiya Təşkilatı 2030-cu ilə qədər dünyada 560 orta və böyük miqyaslı təbii fəlakətin baş verəcəyini və erkən xəbərdarlıq sistemlərinin iqlim dəyişikliyinə qarşı həyati təsir göstərəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, b barədə “Ntv haber” məlumat yayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) və bir çox digər beynəlxalq təşkilatların töhfələri ilə hazırlanan “Sağlamlıq üçün İqlim Xidmətlərinin Durumu 2023” adlı hesabatı Ümumdünya Səhiyyə Təşkilatının Baş katibi Petteri Taalas paylaşıb.
Hesabata görə, 2030-cu ilə qədər dünyada hər il 560 orta və irimiqyaslı təbii fəlakətin baş verəcəyi gözlənilir.
“İqlim dəyişikliyi sağlamlığın determinantlarına zərər verir və sağlamlıq sistemlərinə təzyiqi artırır. Bu, xüsusilə ən həssas icmalarda insan sağlamlığını və rifahını yaxşılaşdırmaq üçün onilliklər ərzində əldə edilmiş tərəqqini geri qaytarmaq təhlükəsi yaradır”.
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (IPCC) belə qənaətə gəlib ki, gələcəkdə daha intensiv və tez-tez baş verən həddindən artıq istilər, qasırğalar, fırtınalar, daşqınlar, quraqlıqlar və meşə yanğınları səbəbindən sağlamlıq riskləri artacaq, iqlim dəyişikliyindən ölüm halları isə 50 faiz çoxalacaq.
“2019-cu ildə havanın çirklənməsi qlobal miqyasda ölüm üçün aparıcı risk faktorları sıralamasında beşinci yerdən dördüncü yerə yüksəlib” -deyə, hesabatda qeyd olunub.
Ülkər Abdurahmanlı