BMT: 105 milyon insan iqlim miqrantı ola bilər
    • 2-09-2023, 09:46
    • 122

BMT: 105 milyon insan iqlim miqrantı ola bilər

BMT rəsmi olaraq iqlim miqrasiyası dövrünə qədəm qoyduğumuzu və heç bir tədbir görülməsə 105 milyon insanın iqlim miqrantına çevrilə biləcəyini bildirib.

News24.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş Direktoru seçilən Emi Pop deyib.

Papa verdiyi yazılı açıqlamada, 4-6 sentyabr tarixlərində Keniyanın paytaxtı Nayrobidə keçiriləcək Afrika İqlim Sammiti öncəsi iqlim dəyişikliyi və insan hərəkətliliyi problemlərini həll etmək üçün konkret addımlar atmağa çağırıb.

Aydan