-
- 3-11-2023, 12:29
- 208
Blinken Netanyahunu tək qoymur - 28 gündə 3 dəfə…
ABŞ dövlət katibi Antoni Blinken oktyabrın 7-də münaqişələr başlayandan bəri üçüncü dəfə İsrailə səfər edib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Blinken səfəri çərçivəsində əvvəlcə İsrailin baş naziri Binyamin Netanyahu ilə, daha sonra isə ölkənin hərbi kabinetinin üzvləri ilə görüşüb.
ABŞ-ı tərk etməzdən əvvəl jurnalistlərə açıqlama verən Blinken Fələstin mülki vətəndaşlarına dəyən zərərin azaldılmasını təmin etmək üçün İsraildən “konkret tədbirlər” istəyəcəyini bildirib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən açıqlamada, dünən Qəzza zolağında quru əməliyyatına qatılan 4 əsgərin həyatını itirdiyi və Quru əməliyyatında şəhid olan əsgərlərin sayının 23-ə yüksəldiyi bildirilib.
Ülkər Abdurahmanlı