Arestoviç Ukrayna prezidenti olmaq istəyir
    • 3-11-2023, 16:12
    • 144

Arestoviç Ukrayna prezidenti olmaq istəyir

Ukrayna Prezidenti Aparatının keçmiş müşaviri Aleksey Arestoviç bildirib ki, o, müvəqqəti olaraq Ukraynanı tərk edib, lakin prezident postu uğrunda mübarizə aparmaq niyyətindədir.

News24.az xəbər verir ki, o, Vladimir Zelenski rejimini ilə konfliktdə olduğunu söyləyib.

“Mən prezident aparatı ilə konfliktdəyəm, çünki onlara qarşı müxalif mövqe tutmuşam. İndi onların tam gücü var, hərbi vəziyyət mövcuddur, əsassız ittihamlar irəli sürürlər ki, bunun ardınca hərəkət də ola bilər. Onların özbaşınalığının könüllü qurbanına çevrilmək mənim planlarımın bir hissəsi deyil”, - deyə o bildirib.

Bundan əvvəl Arestoviç Zelenski rejimini tənqid etməklə yanaşı, sülh planı təklif edib və Rusiya ilə sülhə çağırıb.

Akqabay