İrəvan Bakının təkliflərini qəbul etməlidir - Arestoviç
    • 5-09-2023, 17:34
    • 272

İrəvan Bakının təkliflərini qəbul etməlidir - Arestoviç

Ukrayna prezidentinin keçmiş müşaviri Aleksey Arestoviç Ermənistanın baş naziri Nikol Paşinyanın təhlükəsizlik məsələlərində Ermənistanın Rusiyadan asılı olmasının strateji səhvi barədə sözlərinə münasibət bildirib. 

News24.az xəbər verir ki, onun sözlərinə görə, “Paşinyan nəhayət bu problemi başa düşməkdədir”.

“Qarabağda azərbaycanlıların soyqırımı məsələsi və Xocalı hadisələrinə baxmayaraq, Bakı müxtəlif ağlabatan həll yolları təklif edib və İrəvan bunu rədd edib. Ermənistan Türkiyə və Azərbaycanın qarşılıqlı faydalı təkliflərini qəbul edə, KTMT-dən çıxa və digər siyasi alyanslara, o cümlədən NATO-ya qoşula bilər”, - Arestoviç qeyd edib.

Akqabay