-
- 3-11-2023, 18:17
- 254
"Mən qadınam, amma özümü daha kişi sayıram"
"Onsuz da kişini nə qədər tutub saxlamağa çalışsaq, yenə istədiyini edəcək".
News24.az xəbər verir ki, bu fikirləri Xalq artisti, məşhur diktor Şərqiyyə Hüseynovanın sosial şəbəkələrdə müzakirəyə səbəb olan "Kişi qoy eybəcər olsun, amma maraqlı olsun" yanaşmasına münasibət bildirən müğənni Sevinc Ağaşirinova yenicag.az-a açıqlamasında deyib.
O, Xalq artistinin vurğulanan fikrini dəstəkləyərək cinsdə dəyərləndirdiyi cəhətlərdən də danışıb:
"Əslində, kişilər eybəcər olmur, özlərinə baxsalar, qadından da yaraşıqlı olarlar. Ona görə də deyirlər ki, kişinin özü yox, qəlbi gözəl olmalıdır. Bunu düz deyiblər. Mənə görə, əsas odur, gözəl ürəkli, mərd insan olsun, yanındakı xanıma dəyər versin, gözəl həyat yaşatsın, ona diqqət göstərsin, qəlbini qırmasın.
Çünki kişi evə çörək gətirir. Amma bəzi kişilər özlərinə baxmırlar. Kişi yaraşıqlı olmasa da, ən azı sağlamlığı üçün özünə baxmalıdır. Kişi dedi-qodu eləməz, sözünü bir dəfə deyər. Mən qadınam, amma özümü bəzi kişilərdən daha kişi sayıram.
Kişinin hülqumu olmalı, sirr saxlamağı bacarmalı, arvad kimi qeybət etməməli, bunun sözünü ona, onun sözünü buna daşımamalıdır. Kişi xəyanət edər. Kişilərin yüzdə doxsan faizi mütləq xəyanət edir.
Buna pis baxmıram. Qadın onu bağışlayar. Eybəcər olsa da, xəyanət etsə də, qadınını sevsin, başının tacı etsin, başqa neyləyir, eləsin. Onsuz da kişini nə qədər tutub saxlamağa çalışsaq, yenə istədiyini edəcək".