-
- 3-11-2023, 19:39
- 306
Azərbaycanda yeni agentlik YARADILDI
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov noyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
News24.az xəbər verir ki, Fərmana əsasən, "Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə" təsdiq edilib.
"Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin strukturu" təsdiq edilib.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməli, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməli, Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparatının və regional bölmələrinin işçilərinin say həddi barədə təkliflərini hazırlayıb bir ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə təqdim etməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə məlumat verməli, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.