-
- 3-11-2023, 22:07
- 518
Vəziyyəti pisləşən azərbaycanlı futbolçunun SON DURUMU
Misli Premyer Liqanın 12-ci turunda “Turan Tovuz”a qarşı keçirilən oyunda huşunu itirərək xəstəxanaya aparılan “Səbail”in kapitanı Ağabala Ramazanovun son durumu açıqlanıb.
News24.az qolaz-a istinadla xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov futbolçunun həkim nəzarətində olduğunu deyib:
“Ağabala hazırda həkim nəzarətindədir. Lakin hazırda durumu qeyri-müəyyəndir. Yekun müayinədən sonra vəziyyətinin nə yerdə olduğunu biləcəyik. İndi komandamızın bütün üzvləri onu görmək üçün xəstəxanaya yollanır”.