Qurban Qurbanov:
    • 23-09-2019, 23:55
    • 832

Qurban Qurbanov: "Bizim üçün vacib olan 3 xalı əldə etdik"

"Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Matça tam ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan 3 xalı əldə etdik".

News24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın V turunda səfərdə "Zirə"ni məğlub etdikləri (3:1) oyundan sonra mətbuat konfransında deyib.

Qırx yeddi yaşlı mütəxəssis oyunda zədələnən Xayme Romeronun durumu haqqında da danışıb: "Deyəsən onun durumu yaxşı deyil. Ola bilsin, zədəsi ciddidir. Digər zədəli oyunçulara gəlincə, Mahir Emreli kollektivə daha tez qoşula bilər. Fərdi məşqlərə başlayıblar".