-
- 4-11-2023, 15:33
- 1 167
Əməliyyata girən qadını həkim siğə etdirməlidirmi? - VİDEO
"Siğə tibbi müdaxilələr zamanı mütləq olmalıdır. Kişi həkim tərəfindən edilən estetik, ginekoloji müayinə və əməliyyatlar və digər başqa hallarda bunun olması dini cəhətdən zəruridir. Doğrudur, müasir dövrdə çox insan buna o qədər də ciddi yanaşmır. Ancaq dini nöqteyi nəzərdən bu olduqca vacib haldır”. Bu fikirləri ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib. Onun bu sözləri birmənalı qarşılanmayıb.
Sözügedən məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov News24.az-münasibət bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı fətva verərəkən, fikir bildirərkən mütləq dini ehkamlara əsaslanmaq lazımdır.
“İslam dininə əsasən qadınlar həkimə gedərkən ciddi zərurət olmadığı halda qadın həkimlərə müraciət etməlidirlər. Ginekoloji əməliyyatları qadınların həyata keçirməsi tövsiyə olunur. Bu tərzdə açıqlamalar verərkən maksimum diqqətli olmaq lazımdır. Çünki insanlar oxuduqları, eşitdikləri məlumatı ciddi qəbul edirlər və bu da onların qərarlarına təsir göstərir. Bu fikirlər dinin kökünə ziddir".
“Biz çalışmalıyıq ki, insanlara düzgün dini biliklər verək”-deyə, o sözlərini tamamlayıb.
Tanınış həkim Rəşid Mahmudov da sözügedən məsələ ilə bağlı fikirini qısa və sərt bildrdi:
"O sözü kim deyibsə qələt edib, başını daşa döyüb...”
Bu məsələ ilə bağlı qadınların da fikrini öyrəndik.
Keçmiş deputat Sona Əliyeva da sözügedən mövzu ilə bağlı fikirlərini bölüşüb.
“Əməliyyata girən qadın həkimlə siğə etməlidir deyən din xadimi, dindən, düyadan və elmdən bixəbərdir. Hansız zəmanədir ki, xəstənin cinsiyyətini seçirlər. Azərbaycan tolerantlığı və multikultiralizm dəyərləri ilə seçilən ölkədir. Və burada xəstənnin qadın və yaxud kişi həkimə getməsi öz seçimidir.
"İnsanın sağlamlığı ilə bağlı məsələlərin dinlə əlaqələndirilməsi düzgün deyil",- deyə, o fikirlərini sonlandırıb.
Ülkər Abdurahmanlı