Naxçıvana gedənlərin DİQQƏTİNƏ - VİDEO
    • 4-11-2023, 18:25
    • 2 242

Naxçıvana gedənlərin DİQQƏTİNƏ - VİDEO

Azərbaycanda noyabrın 8-dən 12-dək uzunmüddətli qeyri-iş günlərini nəzərə alaraq, “Azərbaycan Hava Yolları” (AZAL) QSC reyslərə tələbatın artması ilə əlaqədar Bakı-Naxçıvan arasında uçuşlara aviabiletlərin əvvəlcədən əldə edilməsini tövsiyə edir.

News24.az-ın AZAL-a istinadən verdiyi məlumata görə, aviadaşımaların pik dövrü həmişə sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur.

Qeyd edək ki, AZAL sərnişinlərin rahatlığına və seçiminə xüsusi önəm verir. Hazırda Bakıdan Naxçıvana və əks istiqamətdə gündəlik uçuşların sayı 6 reys təşkil edir.

Zərurət olduqda, aviaşirkət sərnişinlərin tələbatını ödəmək üçün əlavə reyslər açmağa hazırdır.

Aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqdən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

“Azərbaycan Hava Yolları” www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla aşağıdakı linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.

Əlavə suallar yarandığı təqdirdə sərnişinlər [email protected] elektron ünvanı və ya +994(55) 204 65 54. “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.