Günay "Min bir gecə"dən oxudu - VİDEO
    • 1-04-2019, 10:22
    • 1 491

Günay "Min bir gecə"dən oxudu - VİDEO

Müğənni Günay İbrahimli repertuarına “Min bir gecə” adlı daha bir mahnı əlavə edib.  

News24.az xəbər verir ki, mahnının sözləri Həsən Babayevə, musiqisi Fərid Kərimliyə məxsusdur.  Günay aranjimanı Elvin İmanova aid olan mahnının uğur qazanacağına inandığını söyləyib: “Yenə sevgidən bəhs edən bir mahnı oxumuşam. Adı “Min bir gecə”dir. Bunu da digər mahnılarım kimi ürəkdən oxumuşam və aşiq olmuşam. Tam havanın mahnısıdır. Sevənlər, sevmək istəyənlər dinləsin, zövq alsın. Uğur qazanacağına inanıram. İnanın, elə bir dövrə gəlmişik ki, estradanı yaşatmaq üçün savaşırıq. Hər kəsə xoş dinləmələr”. Bu məqamda bildirək ki, fotoların müəllifi Fərhad Əli, “cover” isə Ramil Quliyevdir.