Daştəpə kəndində güllələnmə hadisəsi BAŞ VERDİ
    • 4-11-2023, 23:10
    • 193

Daştəpə kəndində güllələnmə hadisəsi BAŞ VERDİ

Bu gün səhər saat 11:00 radələrində Marneuli bələdiyyəsinin Daştəpə kəndində güllələnmə hadisəsi baş verib.

News24.az xəbər verir ki, H. Cəlilov adlı şəxs küçədə ticarətlə məşğul olduğu zaman həmkəndilisi A. Quliyev odlu silahdan atəş açaraq onu ayağından yaralayıb.

Məlumata əsasən, sözügedən şəxslər arasında 3 il bundan öncə, seçki məntəqəsində mübahisə yaşanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başladılıb.

Aynurə