Ayağından odlu silahla güllələndi Nərimanovda qanlı hadisə
    • 7-08-2019, 02:08
    • 1 387

Ayağından odlu silahla güllələndi Nərimanovda qanlı hadisə

Bakının Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.
News24.az  xəbər verir ki, Rasim Muxtarov küçəsi 43 ünvanında baş verən mübahisə zamanı 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından odlu silahla xəsarət alıb. 
Yaralı şəhər xəstəxanasına yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları cəlb edilib.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları davam etdirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.