-
- 1-04-2019, 10:59
- 1 104
Azərbaycan avtobus istehsalı zavodunun tikintisinə başlayır
Yaxın vaxtlarda Hacıqabul Sənaye Məhəlləsində avtobus istehsalı zavodunun tikintisinə başlanılacaq.
News24.az xəbər verir ki, bunu “Report”a "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov bildirib.
Onun sözlərinə görə, növbəti aylarda müəssisənin tikintisinə başlanılacaq:
“Müəssisənin tikintisi gələn ilin sonuna qədər yekunlaşacaq. Onların ölkə daxilində istifadə olunması ilə bağlı aidiyyatı qurumlarla danışıqlar aparılır. Avtobusların qiyməti yerli istehsal olduğu üçün aşağı olacaq. Onların əsasən qonşu ölkələrə ixracı nəzərdə tutulur".
Qeyd edək ki, ilkin mərhələdə zavodda həm Avropa, həm də Asiya ölkələrinə məxsus ildə 500 avtobusun istehsalı nəzərdə tutulub. Bunlar kiçik və böyük tutumlu avtobuslar olacaq. Müəssisə təxminən 5 hektar ərazidə fəaliyyət göstərəcək və 100 nəfəri işlə təmin edəcək. Layihənin dəyəri 11 mln. manatdır.
Bununla yanaşı, Neftçala Sənaye Məhəlləsində avtomobillərin ehtiyat hissələri də istehsal ediləcək. Bu layihənin dəyəri isə 7 mln. manat və 70-ə yaxın insanın işlə təmin olunmasına imkan verəcək.
“Azərmaş”ın avtobus zavodunda payı 25%, ehtiyat hissələri layihəsində payı isə 50% olacaq. Bu layihələrdə Azərbaycanın tərəfdaşı kimi İranın avtomobil istehsal edən “İran-hodra“ şirkəti çıxış edir.