İsrail HƏMAS-ın tunellərinə giriş ƏLDƏ ETDİ
    • 5-11-2023, 11:09
    • 138

İsrail HƏMAS-ın tunellərinə giriş ƏLDƏ ETDİ

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının şimalında HƏMAS-ın yeraltı tunellərinə çoxlu giriş nöqtələri aşkar edib.

News24.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə TSAXAL X hesabında paylaşım edib.

"HƏMAS Qəzzanın cənubundakı mülki şəxslərin təhlükəsiz ərazilərə köçməsinə mane olarkən, özləri mürəkkəb terror tunelləri şəbəkəsində gizlənir. İDF əsgərləri Qəzzanın şimalında əməliyyatlar zamanı tunellərə çoxlu giriş nöqtələri aşkar ediblər", - deyə IDF "X" hesabında bildirib.

İsrail ordusu mühəndis qoşunlarının qüvvələrindən istifadə edərək aşkar edilmiş tunelləri məhv etmək üçün genişmiqyaslı əməliyyat elan edib - hazırda onlardan yüzlərləsinin partladıldığı iddia edilir.

Qeyd edək ki, noyabrın 5-də İDF Qəzza zolağının şimalından cənuba dinc sakinləri təxliyə etmək üçün humanitar dəhliz açacaq.

Ayşən