İsrail üç şəhərdə reyd keçirdi
    • 5-11-2023, 11:44
    • 154

İsrail üç şəhərdə reyd keçirdi

İsrail ordusu İordan çayının qərb sahilində reyd keçirib.

News24.az xəbər verir ki,  bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Əməliyyat Cenin, Nablus və Tulkarm şəhərlərini əhatə edib. Nablusdakı toqquşmalarda üç fələstinli yaralanıb.

Qeyd edək ki, regionda vəziyyət oktyabrın 7-dən sonra pisləşib. HƏMAS-ın ölkəyə hücumuna cavab olaraq İsrail Qəzzanı bütövlükdə mühasirəyə alıb. Bununla paralel, Suriyanın bir sıra regionlarına zərbələr endirilib. 

Fərid Azəri